Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Gürcüstanda bir sıra görüşlər keçiriblər
12 iyun tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxlığında görüş keçirib.

Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor ilə görüş zamanı Dövlət Komitəsinin sədri Ramin Məmmədov iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edən mitropolit Teodor bu səfərin əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib. Görüş əsnasında din sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Tbilisidəki Cümə məscidində də olub. Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin din xadimləri ilə görüşüb, məscidə Azərbaycan dilində nəşr edilmiş “Qurani-Kərim” hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin
inkişafında dini qurumların rolu ilə bağlı müzakirələr aparılıb.

"Azərbaycanın malik olduğu nümunəvi multikulturalizm və tolerantlıq modeli, ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edən R.Məmmədov Prezident İlham Əliyevin dini sahəyə daim diqqət və qayğı göstərdiyini, bu münasibət sayəsində nümunəvi birgəyaşayış mühitinin daha da möhkəmləndiyini qeyd edib. Komitə sədri Gürcüstandakı həmvətənlərimizin azərbaycanlı kimliyinə, milli-mənəvi dəyərlərə bağlılığının, bu dəyərlərin qorunub saxlamasının əhəmiyyətini vurğulayıb", – məlumatda deyilir.

Azərbaycan nümayəndə heyəti Tbilisidəki Botanika bağında görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu da ziyarət edib. Nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüblər, onların xatirəsini ehtiramla yad ediblər.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google