Marneuli meriyasının təşkilatçılığı ilə 18, 22 və 26 iyun
tarixlərində “Yenə də böyüyəcəklər” abidəsi ərazisində yerləşən
parkda, böyük ekranda Gürcüstan yığmasının Avropa çempionatındakı
oyunları birbaşa yayımlanacaq.
Yerli özünüidarə tərəfindən yayımlanmış məlumata görə, canlı
yayınla yanaşı azarkeşlər üçün Marneuli Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə yarışlar keçiriləcək. Gürcüstan yığmasının rəsmi
aksessuarlarının uduşu keçiriləcək və müxtəlif əyləncəli məkanlar
yaradılacaq.
18 iyun – saat 17:00
Toplanma yeri
– Marneuli şəhəri, Ədliyyə Evinin ərazisi,
azarkeşlərin yürüşü.
22 iyun – saat 15:00
“Yenə də Böyüyəcəklər” abidəsinin ərazisindəki park;
26 iyun – saat 21:00
“Yenə də Böyüyəcəklər” abidəsinin ərazisindəki park;
Avropa futbol çempionatı 2024 turnirinə Almaniya ev sahibliyi
edəcək. 2024-cü ilin 14 iyun tarixindən 14 iyul tarixində qədər 51
görüş keçiriləcək. Gürcüstan çempionatda yarışa 18 iyun tarixindən
qoşulacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.