“Salam” platforması etnik azlıqların məskunlaşdığı kəndlərdəki
ictimai məktəblərin foto sərgisini keçirib.
Sərgidə Marneuli, Dmanisi, Bolnisi, Qardabani və Saqareco
bələdiyyələrindəki məktəblərin fotoşəkilləri təqdim olunub.
““Salam” platforması Kvemo Kartlinin 50-yə yaxın
kəndinə səfər edib və bugünkü reallıqla 70-ə yaxın ictimai məktəb
haqqında məlumatımız var. Səfərlər zamanı yerində aydın oldu ki,
ictimai məktəblərin böyük əksəriyyəti qəzalı vəziyyətdədir və
bərpaya ehtiyac var, yaxud yeni məktəb tikilməlidir”,
– “Salam” platfromasının üzvü Ayhan Həsənli bildirir.
Həsənli “Salam” tərəfindən yayımlanmış videoda vətəndaş
inteqrasiyası və millətlər arasında əlaqələr mərkəzinin
araşdırmasına əsasən qeyd edir ki, Kvemo Kartlidə məktəbləri yalnız
22% bərpa, yaxud təmir olunub. Ancaq qeyd olunan 22%-dən
azərbaycandilli məktəblərin hissəsi məlum deyil.
“Statistikaya əsasən, etnik azlıqlar üçün uşaq
bağçalarının əlçatanlığı qalan Gürcüstannla müqayisədə üç dəfə
azdır. Bu deməkdir ki, etnik azlıq nümayəndəsi olan uşaqlar üçün
faktiki olaraq təhsillə ilk münasibət məktəb ilə başlayır. Təhsil
Nazirliyindən əldə olunan ictimai məlumata görə, etnik azlıqların
məskunlaşdığı beş bələdiyyədə, xüsusilə Qardabani, Bolnisi,
Marneuli, Dmanisi və Saqarecoda yalnız 104 ictimai məktəb fəaliyyət
göstərir. Bu deməkdir ki, etnik azlıqların məskunlaşdığı kəndlərin
böyük hissədinə ümumiyyətlə ictimai məktəb fəaliyyət
göstərmir”, – Ayhan Həsənli bildirir.
Etnik azlıqların məskunlaşdığı kənlərdəki məktəblərin təsvir
olunduğu fotoların sərgisi 13 iyun tarixində, Təhsil Nazirliyi
binasının qarşısında baş tutub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.