Gürcüstan Türkiyədən NATO standartlarına uyğun VURAN zirehli
transpartyorları alıb.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Vaziani
hərbi bazasında zirehli texnikaların təhvil mərasimi keçirilib.
Qeyd olunub ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli
texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin
güclənməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın
dərinləşməsinə mühüm töhfə verəcək.
Şahidi olduğunuz hadisələri çəkib bizə
göndərin!+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu”
qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında
kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən
il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar.
Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin
formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların
daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı
xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici
qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu
təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların
hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını
verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən
əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və
Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa
İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz
təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə
“Gürcü Arzusu”-nun qanununu bəyənib.