Marneuli meriyası Avropa
çempionatının yayımı üçün yeni dinamik alıb.
Meriya bir dinamikə 900 lari ödəyib. Yerli özünüidarə
səsgücləndirici cihazı sadələşdirilmiş qaydada Bedi.ge MMC-dən
alıb.
"Xatırlatmaq istərdim ki, Marneuli meriyasına
səsgücləndirici almalıyıq. Xahiş edirik, alqı-satqı ilə bağlı
qanunvericilikdə nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini
təmin etmək üçün müvafiq xidmətə tapşırıq verəsiniz”,
– izahatnamədə yazılıb.
Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit
Çikadzenin
sözlərinə görə, bələdiyyə Marneulidə planlaşdırılan tədbirlərin
həyata keçirilməsi üçün dinamik alıb.
Marneuli meriyasının təşkilatçılığı ilə 18, 22 və 26 iyun
tarixlərində “Yenə də böyüyəcəklər” abidəsi ərazisində yerləşən
parkda, böyük ekranda Gürcüstan yığmasının Avropa çempionatındakı
oyunları birbaşa yayımlanacaq. Yerli özünüidarə tərəfindən
yayımlanmış məlumata görə, canlı yayınla yanaşı azarkeşlər üçün
Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yarışlar
keçiriləcək. Gürcüstan yığmasının rəsmi aksessuarlarının uduşu
keçiriləcək və müxtəlif əyləncəli məkanlar yaradılacaq.
18 iyun – saat 17:00
- Toplanma yeri – Marneuli şəhəri, Ədliyyə Evinin ərazisi,
azarkeşlərin yürüşü.
22 iyun – saat 15:00
- “Yenə də Böyüyəcəklər” abidəsinin ərazisindəki
park;
26 iyun – saat 21:00
- “Yenə də Böyüyəcəklər” abidəsinin ərazisindəki
park;
Avropa futbol çempionatı 2024 turnirinə Almaniya ev sahibliyi
edəcək. 2024-cü ilin 14 iyun tarixindən 14 iyul tarixində qədər 51
görüş keçiriləcək. Gürcüstan çempionatda yarışa 18 iyun tarixindən
qoşulacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.