Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 15-də
yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyunun
16-17-də ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti
gözlənilir.
Qərbi Gürcüstanda havanın temperaturu nisbətən aşağı düşəcək.
Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Tufan ola bilər. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil
edəcək.
Sahil rayonlarında
(Batumi, Kobuleti, Anakliya, Poti): iyunun 15-i
günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı,
küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +25, +27
dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia,
Zuqdidi, Martvili, Ozurqeti): iyunun 15-i günün sonundan 18-dək
arabir yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənəcəyi
gözlənilir. İyunun 15-də havanın temperaturu gündüz +33, +35 dərəcə
isti, iyunun 16-17-də isə +27, +29 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri,
Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): iyunun 15-i günün
sonundan 18-dək yağış yağacağı, şimşək çaxacağı, küləyin
güclənəcəyi gözlənilir, dolu da mümkündür. İyunun 15-də havanın
temperaturu gündüz +30, +32 dərəcə isti, iyunun 16-17-də isə +26,
+28 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): iyunun
15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı,
küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22
dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali):
iyunun 15-i günün sonundan 18-dək şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var.
Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli,
Axmeta, Dedoplistskaro): iyunun 15-i günün sonundan 18-dək
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü
küləklərin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +32,
+34 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti,
Tianeti, Pasanauri): iyunun 15-i günün sonundan 18-dək qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi
gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil
edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka,
Bakuriani, Qudauri, Omalo): iyunun 15-i günün sonundan 18-dək
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü
küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +19, +21
dərəcə təşkil edəcək.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.