Media: Rusiya hərbi gəmisi Oçamçire limanında dayanıb
Mətbuatda yer alan xəbərlərə görə, Rusiyanın “Project 22870” hərbi gəmisi işğal olunmuş Abxaziyanın Oçamçire limanında dayanıb.

Peyk fotoşəkilləri göstərir ki, döyüş gəmisi iyunun 28-də Novorossiysk limanında dayanıb, iyulun 5-də isə Oçamçire limanında görüntülənib.

Gəmi xilasedici qayıq kimi təsnif edilsə də, o, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər və raket sistemlərinin daşınması üçün istifadə
olunur.

“Naval News” nəşri yazır ki, bazanın daimi yerləşdiyi Novorossiysk limanında Rusiyanın ümumilikdə bu təsnifatdan 3 hərbi gəmisi var. İndiyədək Oçamçiredə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) bir neçə kateri yerləşdirilib.

“Bu layihə gəmisinin Oçamçire limanına daxil olması Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmisinin işğal olunmuş Abxaziyaya etdiyi ən mühüm səfərdir”, - nəşr yazır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google