Kobaxidze ABŞ və Avropa İttifaqının qərarı ilə bağlı: təəssüf doğurur
Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, ABŞ və Avropa İttifaqının müdafiə sahəsinə vəsaitin ayrılmasını dayandırması qərarı “təəssüf doğurur”.

Kobaxidze bu barədə hökumətin iclasında məlumat verib.

“Bu qərar münasibətlərin bərpası ilə bağlı gözləntilərimizi doğrultmur.

“Mən ABŞ və Avropa İttifaqının müdafiə sahəsinə vəsaitin ayrılmasını dayandırmaq qərarına cavab vermək istərdim. Bu qərar təəssüf doğurur, çünki münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərimizə cavab vermir. Ötən 4 ildə baş verən siyasi hadisələr fonunda bu münasibətlər həqiqətən də yenidən qurulmalıdır. Bunun üçün hökumətimiz, dövlətimiz tam hazırdır və növbəti addımları gözləyirik.

Bu cür qərarlar münasibətlərin yenidən qurulması baxımından əks effekt verir, lakin ümid edirəm ki, gələcəkdə praqmatik, rasional, düzgün, ədalətli addımlar atılacaq və belə addımlar ABŞ-la Gürcüstan arasında münasibətlərin yenidən qurulmasına töhfə verəcək. Biz buna əvvəldən sona hazırıq”,
- Kobaxidze bildirib.

Aİ Gürcüstanın müdafiə sektoruna ayrılan 30 milyon avroluq yardımı dondurub. Bu barədə jurnalistlərə Avropa İttifaqının səfiri Pavel Herçinski məlumat verib.

Həmçinin ABŞ Gürcüstanda keçirilən “Ləyaqətli tərəfdaş” təlimlərini qeyri-müəyyən müddətə dayandırmaqdan imtina edib. Məlumatı iyulun 5-də ABŞ Müdafiə Nazirliyi yayıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google