Marneuli meriyası video kameraların təmirinə 12 400 lari ayırıb
Marneuli meriyası videomüşahidə kameralarının təmiri xidmətini almağı planlaşdırır. Marneuli meriyası tərəfindən elan edilmiş tenderə görə, özünüidarə Marneuli bələdiyyəsinə məxsus dövlət nömrə nişanlarını tanıya bilən videomüşahidə kameraları, xarici istifadə qutusu və təmizləmə mexanizmləri, ümumi videomüşahidə kameralarının təmiri xidmətlərini alacaq.

“Təchizatçı bələdiyyəyə məxsus olan dövlət nömrə nişanlarını tanıya bilən videomüşahidə kameraları ilə xarici istifadə korpusu və təmizləyici mexanizmli (Avigilon, AETEK), ümumi videomüşahidə kameralarının (Hikvision, Dahua, Milesight) təmir xidmətini qiymət təklifi ilə yerinə yetirməlidir.

Eləcə də bələdiyyə ərazisində yerləşən videomüşahidə kameralarının xarici istifadəsinin fasiləsiz mənbələrinin zəmanət xidməti və qiymətlər cədvəlində qeyd olunmuş miqdarın qoşulma nöqtəsindən video-qeydlərin DİN 112 (Tbilisi şəhəri) məlumatların emalı mərkəzinə ötürülməsi təmin olunmalıdır”,
– Marneuli meriyası tərəfindən elan edilmiş tenderdə qeyd olunub.

Marneuli yerli özünüidarəsi müşahidə kameralarının təmiri xidmətinin alınmasına 12 400 lari xərcləməyi planlaşdırır. Tenderdə qalib gələn şirkət video-kameralar sıradan çıxdıqdan sonra meriyanın qeydi əsasında təmir etməli olacaq.

Marneuli yerli özünüidarəsi video-müşahidə kameralarının təmiri xidməti ilə bağlı tenderi 8 iyul tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 16 iyuldan 19 iyula qədər təkliflərini təqdim edə bilər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google