Batumidə tikintidə işləyən azyaşlı hündürlükdən yıxılıb - o, yerindəcə dünyasını dəyişib

Batumidə inşaatda işləyən azyaşlı hündürlükdən yıxılıb - o, yerindəcə dünyasını dəyişib.



Məlumatı “Publika”-ya Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. İstintaq Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə başlayıb.

Məlumata görə, 17 yaşlı oğlan dördüncü mərtəbədən yıxılıb.
Hadisə yerinə gələn həkimlər onun artıq öldüyünü aşkar ediblər.

“Batumelebi”nin məlumatına görə, hadisə Batumidəki Şota Rustaveli Dövlət Universitetinin tələbə yataqxanasında dam örtüyünün bərpası işlərinin aparıldığı Leonidze küçəsində baş verib.

Mənbə: Publika


 

Print Email
FaceBook Twitter Google