Gürcüstanda fəaliyyət göstərən şirkətlərdən birinin direktoru
gəlirlərini səhv bəyan etməklə 1 milyon 524 min 223 lari vergidən
yayınıb.
Bu barədə məlumatı Maliyyə Nazirliyinin istintaq xidməti yayıb.
Nazirliyin məlumatına görə, xüsusilə külli miqdarda vergidən qəsdən
yayınmaya görə bir nəfər həbs edilib.
“Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidməti
tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində
xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə bir
nəfər həbs edilib.
İstintaq müəyyən edib ki, şirkətlərdən birinin direktoru və faktiki
sahibi olan təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək
məqsədi ilə vergi qanunvericiliyini pozaraq, gəlirlərini sistemli
şəkildə düzgün bəyan etməmiş, hər hansı şəkildə qəsdən əsas
vergidən yayınmışdır. 1 524 223 lari məbləğində dövlət büdcəsinə
məxsus vergini ödəməmişdir”, – Maliyyə Nazirliyinin
istintaq xidmətinin yaydığı məlumatda deyilir.
Agentliyin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin
218-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Həmin maddəyə görə,
5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415