ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən NATO sammitində sözü
Ukrayna prezidenti Vladimir Zelenskiyə vermək istəyərkən onu
Putinlə səhv salıb.
Bayden Zelenskini kürsüyə çağırarkən onu “Ukrayna prezidenti Putin”
kimi təqdim edib.
“İndi isə sözü təkcə cəsarəti yox, həm də qətiyyəti
olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar,
prezident Putin”, - deyə Bayden bildirib.
Tamaşaçılar “Prezident Putini” alqışlamağa başlayanda Bayden
vəziyyəti düzəltməyə çalışaraq:
“Prezident Putin... O, prezident Putini məğlub edəcək.
Prezident Zelenski! Mən Putini məğlub etməyə o qədər diqqət
yetirmişəm ki, bundan narahat olmalıyıq”, - deyə
Bayden əlavə edib və Zelenskiyə yol verib.
Səhnəyə çıxan Zelenski isə amerikalı həmkarının əlini sıxıb.
Bundan əlavə, C.Bayden ABŞ-nin vitse-prezidenti Kamala Harrisi
siyasi rəqibi Donald Trampla səhv salıb.
"Bilirsiniz, əgər onun bu vəzifəyə layiq olmadığını
düşünsəyidim, Trampı vitse-prezident vəzifəsinə təyin
etməzdim", - deyə C.Bayden Vaşinqtonda keçirilən NATO
sammitinin yekun mətbuat konfransında deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415