Fransanın Gürcüstana birbaşa maliyyə yardımı ilə bağlı məlumat yanlışdır – Şalva Papuaşvili
Fransanın Gürcüstana birbaşa maliyyə yardımı göstərməsi ilə bağlı məlumat yanlışdır.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransanın Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırmaq, vətəndaş cəmiyyəti və mediaya dəstəyi artırmaq qərarına belə cavab verib.

"Gürcüstan hökumətinin konkret olaraq başqa hökumətin maraqlarını güdmədiyi hiss ediləndən sonra maliyyə vəsaiti onların maraqlarını güdənlərə keçdi. Deməli, bu, daha bir sübutdur və bir daha göstərir ki, belə pulların arxasında maraqlar dayanır”, - deyə Ş.Papuaşvili bildirib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google