Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ Konqresinin
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Gürcüstana
qarşı “MEGOBARI” aktını qəbul etməsinə münasibət bildirib.
Parlament sədri sənədin məzmununun vəziyyətin düzgün
qiymətləndirilməsinə əsaslanmadığını vurğulayıb.
“Xarici ölkələr hesab edirlər ki, onların Gürcüstan
parlamentinin qərarlarına təsirləri olmalıdır, amma bizdə belə bir
yanaşma yoxdur. Təbii ki, aktın məzmunu ədalətsizdir və vəziyyətin
düzgün qiymətləndirilməsinə əsaslanmır”, – Papuaşvili
bildirib.
Spiker düzgün qərarın qəbul ediləcəyinə ümidvar olduğunu əlavə
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415