NATO Gürcüstan hökumətini islahatları sürətləndirməyə çağırıb
NATO Gürcüstan hökumətini demokratik təsisatları gücləndirmək və Gürcüstan xalqının Avro-Atlantik inteqrasiyaya doğru istəklərini inkişaf etdirmək üçün islahatları sürətləndirməyə çağırıb.

Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "Twitter"də yazıb.

"NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Gürcüstanla uzunmüddətli
tərəfdaşlığımıza sadiqdir. Alyans Gürcüstan hökumətini demokratik təsisatları gücləndirmək və Gürcüstan xalqının Avro-Atlantik inteqrasiyaya doğru istəklərini inkişaf etdirmək üçün islahatları sürətləndirməyə çağırır",
- o, qeyd edib.


Mənbə: report.az

Print Email
FaceBook Twitter Google