Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü
ildə təşkilatın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların
daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər
uzadılması barədə razılığa gəlib.
Bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.
“Aİ səfirləri təşkilatın Rusiyaya qarşı iqtisadi
sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı razılığa
gəliblər”,- o qeyd edib.
Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər
nazirlərinin görüşündə təsdiqlənəcək.