ABŞ-da nifrət cinayətlərində və kütləvi hücumlarda ittiham
olunan Gürcüstan vətəndaşı saxlanılıb.
ABŞ Prokurorluğunun təqdim etdiyi məlumata görə, 20 yaşlı Mixail
Çxikvişvili maniak qətllər kultuna rəhbərlik edib - etnik azlıqlara
və yəhudi icmasına qarşı yönəlmiş müxtəlif növ cinayətlər törətmək
üçün başqalarını işə götürüb.
Açıqlamada o, yeni il gecəsi yəhudi uşaqlarına Şaxta baba şəklində
zəhərli konfet verərək
onları zəhərləməyi planlaşdırdığı
bildirilir.
Agentliyin məlumatına görə, təqsirləndirilən şəxs öz neonasist
ideologiyalarını təbliğ etmək üçün zorakı hücumlar və qətllər
törətmək üçün başqa insanları cəlb etməyə çalışıb.
Prokurorluğun məlumatına görə, Çxikvişvilinin məqsədi hücumu
2011-ci ildə Breyvik tərəfindən təşkil edilən terror aktından daha
kütləvi etmək olub.