Etika, media ilə münasibət, rüşvətə qarşı mübarizə - meriya və Bələdiyyə Məclisi əməkdaşlarına təlim keçiriləcək
Marneuli meriyası və Bələdiyyə Məclisinin dövlət məmurlarının təlim xidmətlərinə görə 15 423 lari dəyərində tender elan olunub.

Tender sənədlərinə görə, 24 nəfər meriya, 11 nəfər Bələdiyyə Məclisi əməkdaşı sonrakı istiqamətlərdə təlimlər keçəcək:

• Strateji idarəetmə-planlaşdırma (Strateji menecment, uzunmüddətli və ortamüddətli məqsədlərin planlaşdırılması).
• Xidmət və keyfiyyətin, risklərin, dəyişikliklərin idarəedilməsi.
• Qərar qəbuletmə, liderlik və komandanın idarəedilməsi, komandanın gücləndirilməsi və motivasiya, gender bərabərliyi, iş yerində cinsi sıxışdırılmanın aradan qaldırılması.
• Dövlət xidməti etikası, münaqişələrin həlli, təşkilati mədəniyyət, rüşvətxorluğa qarşı siyasət, rüşvətə qarşı mübarizənin hüquqi vasitələri.
• Dövlət xidmətində etika.
• Peşəkar ünsiyyət, effektiv ünsiyyət və effektiv danışıqlar, media ilə əlaqələr və ictimai çıxış.
• Peşəkar ünsiyyət, əməkdaşlıq və komanda işi və s.

Marneuli meriyası tərəfindən elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 23-27 iyul tarixində öz təkliflərini təqdim edə bilərlər.

Qalib şirkət müqavilə bağlandıqdan 2024-cü ilin 20 dekabr tarixinə qədər xidmət göstərməli olacaq.


Print Email
FaceBook Twitter Google