“Apsnipress”in məlumatına görə, qondarma Abxaziya
Respublikasının Ədliyyə Nazirliyi və Repatriasiya üzrə Dövlət
Komitəsi etnik abxazların (abaza) abxaz soyadlarının bərpası
hüquqlarının həyata keçirilməsini təmin etmək üçün idarələrarası
əməkdaşlıq proqramı imzalayıb.
Sözügedən proqramın məqsədi tarixi ədaləti bərpa etmək, abxaz
xalqının tarixi-mədəni irsini, etnik kimliyini qoruyub saxlamaq,
abxaz soyadlarının bərpası prosedurunu başa çatdırmaqdır.
Ədliyyə Nazirliyinin [de-fakto] mətbuat xidmətinin məlumatına
görə,
proqram 19-cu əsr hadisələri, Rusiya-Qafqaz və Rusiya-Türkiyə
müharibələri nəticəsində abxazların ərazisini tərk etmiş etnik
abxazların, qaçqınların övladlarının hüquqlarını qorumaq məqsədi
daşıyır.
Sənəd qondarma Ədliyyə naziri Anri Bartsits və Dövlət Repatriasiya
Komitəsinin sədri Vadim Xaraziya tərəfindən imzalanıb.