Qadın Məlumat Mərkəzi “Qadınlar bacarır, qadınlar hərəkət edir,
qadınlar dəyişir” bloq/vloq/foto hekayə və poster müsabiqəsi elan
edib.
Müsabiqənin məqsədi gender bərabərliyi və qadın hüquqları
məsələləri ilə bağlı məlumatlandırma səviyyəsinin
artırılmasıdır.
Qalib gələn iş Qadın Məlumat Mərkəzinin feysbuk, tvitter və
instaqram səhifələrində, eləcə də təşkilatın veb-səhifəsində
yayımlanacaq. İşlər həmçinin Qadın Məlumat Mərkəzinin tematik
tədbirlərində təqdim olunacaq.
Müsabiqədə iştirak edən işlər sonrakı məsələlər ilə bağlı
olmalıdır:
• Yerli səviyyədə qadın siyasətçilərin və qərar qəbul edən
şəxslərin aşkarlanması; yerli səviyyədə qadınların siyasi iştirakı
ilə bağlı yaxşı təcrübələrinin göstərilməsi; Bələdiyyələrin
nümayəndəlik orqanlarında gender kvotasının müsbət təsiri və
s.;
• Qadınlara qarşı və ya ailədaxili zorakılıq baxımından bələdiyyədə
olan yaxşı təcrübələr və yerli səviyyədə mövcud olan
çatışmazlıqlar;
• Qadın hüquqlarının vəziyyəti və ictimaiyyətin fikrinin
formalaşdırılması (siyasətdə, təhsilə, işlə təmin etmədə və başqa
sahələrdə) ilə bağlı gender stereotipləri və zərərli
təcrübələr.
Nəzərə alın ki, yaradıcı və məzmunu layihənin hədəf bələdiyyələrinə
aid olan işlərə (Xaşuri, Bolnisi, Keda, Zuqdidi, Xaraqauli)
üstünlük veriləcək.
Materiallar xüsusilə bu müsabiqə üçün hazırlanmalıdır və başqa
məlumat kanallarında yayımlanmamalıdır. Mövzusu/məzmunu layihənin
hədəf bələdiyyələrinə aid olan işlərə (Xaşuri, Bolnisi, Keda,
Zuqdidi, Xaraqauli) üstünlük veriləcək. Yaxşı olar ki,
materiallarda istifadə olunan dil ictimaiyyət üçün asan başa
düşülən olsun.
Qalib gələn müsabiqə işlərinin müəllifləri pul mükafatı alacaqlar.
Mükafat gəlirlər vergisi və təqaüd yığımı da daxil olmaqla 300 lari
təşkil edir.
Müsabiqə haqqında daha ətraflı məlumatı
qeyd olunan keçiddən əldə edin.