32 müxalifətçi rus qanununa qarşı konstitusiya iddiası qaldıracaq

Artıq iddia hazırdır. Onlar sənədi imzalayıblar, imzalar notarius tərəfindən yoxlanılıb, bundan sonra iddia Batumiyə göndərilib.



Müxalifət Konstitusiya Məhkəməsindən “Xarici təsirin şəffaflığı haqqında” qanunun Konstitusiyanın 22 və 78-ci maddələrinə riayət edilməməsinin təsdiqini və onun ləğvini tələb edir.

Onların tələbi məhkəmənin müvəqqəti mexanizm qəbul etməsi və yekun qərar qəbul olunana qədər rus qanunlarının icrasını dayandırmasıdır.

Rus qanununa qarşı
daha 2 iddia Konstitusiya Məhkəməsinə təqdim edilib - prezident Salome Zurabişvili və 121 qeyri-hökumət təşkilatı Konstitusiya Məhkəməsinə müraciət edib.

Dördüncü iddianı “Mti News”un təsisçisi və redaktoru Qela Mtivlişvili hazırlayır. O, müstəqil şəkildə Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google