NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Xavyer Kolomina yeni vəzifəyə təyin olunub.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Baş katib Yens
Stoltenberq Cənub Qonşuluğu üzrə xüsusi nümayəndə postuna Xavyer
Kolominanın təyin olunduğunu açıqlayıb.
Kolomina baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti
üzrə köməkçisinin müavinidir və NATO baş katibinin Qafqaz və
Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
“Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələri
Alyansımız üçün vacibdir. Xavyer Kolomina NATO tərəfdaşları ilə
münasibətdə böyük təcrübəyə malikdir. Onun təyinatı NATO-nun
Cənubdakı mühüm işini daha da gücləndirəcək”, -
Stoltenberq təyinatla bağlı deyib.