ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu
ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant
Patel bildirib.
"Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı
və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan
proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda
yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə
yönləndirilməsi üçün dəyişdirilə bilər”, - deyə o
bildirib.
Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı
haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri
götürərək “demokratik yola qayıtmağa” çağırıb.
Qeyd edək ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar
hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi
artıracaqlar.