Tbilisi meriyasının məlumatına görə, avqustun 2-dən etibarən iki
həftə ərzində Ağmaşenebeli xiyabanında, “Goodwill”ə bitişik körpüdə
nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
"Ağmaşenebeli xiyabanında “Goodwill” hipermarketinin
yaxınlığında mövcud körpünün deformasiya tikişləri üçün planlı
reabilitasiya işləri aparılır.
Qeyd olunan işlərlə əlaqədar bu il avqustun 2-dən körpüdə
nəqliyyatın hərəkəti iki həftə müddətinə qismən
məhdudlaşdırılacaq”, - meriyanın yaydığı məlumatda
deyilir.