30 iyul tarixində Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı
olub.
Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev
və səfirliyin əməkdaşları, “Era Teatrı”nın əməkdaşları,
siyasətçilər, mülki fəallar, gənclər və maraqlanan şəxslər iştirak
ediblər.
Tədbiri giriş sözü ilə “Era Teatrı”nın bədii rəhbəri Anar Rafiqoğlu
açaraq qonaqları salamlayıb və tədbir iştirakçılarına teatr haqda
məlumat verib. Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı
səfiri
Faiq Quliyev çıxış edib. O, çıxışında “Era Teatrı”nın
fəaliyyətindən, mədəniyyət və incəsənət sahəsinin əhəmiyyətindən
bəhs edərək, bu istiqamətdə fəaliyyət göstərən qurumlara hər zaman
dəstək olmağa hazır olduğunu bildirib.
Səfirliyin birinci katibi Anar Rəsulov da çıxış edərək teatrın
fəaliyyətini dəstəklədiklərini bildirdi və kollektivə uğurlar
arzuladı.
Daha sonra teatrın əməkdaşları Süleyman Selman Canbol, İdris
Elnuroğlu və Elnur Vəlizadə öz çıxışlarında gələcək hədəflərindən
danışıblar. Tədbirdə İctimai Televizyanın əməkdaşı Səid Babazadənin
müəllifi olduğu, “Era Teatrı”nın fəaliyyətinə həsr olunmuş sənədli
film təqdim olunub.
Onu da əlavə edək ki, “Era Teatrı”nın yeni ofisinə Azərbaycan
Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən maliyyə dəstəyi
göstərilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415