Ateni kəndində vətəndaşın sağlamlığına ağır zərər vurduğuna görə
həbs edilən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İşlər
İdarəsinin inspektoru Demetri Revazaşvili barəsində həbs qətimkan
tədbiri seçilib.
Qərarı hakim Tamar Mçedlişvili elan edib.
Hakim Revazaşvilinin prokurorluğun vəsatətini təmin edib, müdafiə
tərəfi isə müttəhimin 10 min lari girov müqabilində azadlığa
buraxılmasını istəyib. Demetri Revazaşvilinin özü cinayəti etiraf
etmir.
Bu iş üzrə daha bir şəxsə qiyabi ittiham irəli sürülüb. Prokurorluq
onu qəsdən ağır cinayət barədə məlumat verməməkdə ittiham edir.
Prokurorluğun məlumatına görə, iyulun 29-da Qori bələdiyyəsinin
Ateni kəndində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təyinat
İdarəsinin inspektoru zərərçəkm
işin sağlamlığına ağır xəsarət
yetirib. Təqsirləndirilən şəxs iyulun 31-də həbs edilib.
Saxlanılan şəxs Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi
(qəsdən sağlamlığa ağır zərər vurma, yəni bədənə həyat üçün
təhlükəli olan zərər vurma) ilə ittiham olunub.