Bu gün Qaraçöpdə aksiya keçirilib
Bu gün, 2 avqust tarixində, Qaraçöp icmasının Keşəli kəndində yol və su problemi tələbi ilə aksiya keçirilib. Aksiya kənd əhalisi tərəfindən təşkil olunub. 

Aksiya iştirakçılarından olan Tozu Gülməmmədovanın sözlərinə görə, əhalinin əsas tələbi 9 kəndi birləşdirən yeganə körpünün reabilitasiyası və kəndin içməli su ilə təchiz olunması olub.

“Tələbimiz əsas yolun tamamilə asfaltlanmasıdır, çünki bizim bir
bütöv asflatlı yolumuz yoxdur. Kəndi başqa kəndlərlə birləşdirən Badiauri yolu var, o yolun təmir edilməsini istəyirik. Elə bu tələblərlə aksiya keçirdik. Aksiya kəndin gənclərinin təşəbbüsü ilə baş tutdu. Büdcədə körpü məsələsi nəzərə alınmışdı amma bu günə kimi işə başlamırdılar. Yəni, bunun pulu büdcədə var. Sadəcə istək lazımdır ki, bu işi başa çatdırsınlar. Bu ilin büdcəsinə yeni pul əlavə edə bilməzlər amma mövcud pullar, mövcud resurs düzgün xərclənərək bu vəziyyət yüngülləşdirilə bilər bu mərhələdə",
- Tozu Gülməmmədova dedi.

Tozu bildirir ki, yeni büdcə təyin olunduqda digər əlavə məsələlər nəzərə alına bilər. Onun sözlərinə görə, bunların hamısı realdır və əhalinin istəyi içməli su, bir neçə ara və əsas yolların asfaltlanması və körpünün reabilitasiyasından ibarətdir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google