Rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın sözlərinə
görə, o, həbsxanada öləcəyinə əmin idi və azadlıqda olduğuna inana
bilmir. O, bu barədə azadlığa çıxdıqdan sonra təyyarədə olarkən
ailə üzvləri ilə telefon danışığı zamanı bildirib.
"Həbsxanada öləcəyimə əmin idim. Bunun baş verdiyinə inana
bilmirəm. Düşünürəm ki, hələ də Omskdakı kameramda yatıram,
səsinizi eşitdiyimə inana bilmirəm. Məncə, bu təyyarədə 16 nəfər
var", – Kara-Murza bildirib.
Avqustun 2-də Ağ Ev ABŞ-Rusiya məhbus mübadiləsi sazişi
çərçivəsində azad edilmiş prezident Co Bayden və onların ailə
üzvləri arasında telefon danışığının videosunu yayıb. Videoda
təyyarədə olan WSJ müxbiri Evan Gershkoviç, keçmiş ABŞ dəniz
piyadası Pol Uilan və Kara-Murzanın danışdıqları eşidilir.
Vladimir Kara-Murza 2023-cü ilin aprelində dövlətə xəyanət və
dezinformasiyaya görə 25 il müddətinə azadlıqdan məhrum edilib. O,
ittihamları rədd edib və məhkəməni Stalin dövrünün məhkəmələri ilə
müqayisə edib.
2023-cü ilin sentyabrında Kara-Murza Moskva təcridxanasından
Sibirdəki ciddi rejimli həbsxanaya köçürüldü. Onun vəkili bildirib
ki, Kara-Murza Omskdakı cəzaçəkmə koloniyasındadır və həbsxana
şəraiti onun sağlamlığı və həyatı üçün təhlükəlidir.