Meriya “Marneuloba 2024”-ün qeyd olunması üçün 155 101 lari xərcləməyi planlaşdırır
Marneuli meriyası “Marneuloba 2024”-ün qeyd olunması üçün 155 101 lari xərcləməyi planlaşdırır.

Özünüidarənin elan etdiyi tenderə əsasən, tədbir üçün ötən ilə nisbətən bu il 26 201 lari artıq xərclənə bilər. Belə ki “Marneuloba 2023” üçün 128 900 lari xərclənmişdi.

Tender sənədlərinə görə, “Marneuloba” 21 sentyabr tarixində müxtəlif tədbirlər ilə keçiriləcək. Həmçinin, uşaq əyləncə məkanı, kulinariya
üçün müxtəlif guşələr, sərgi üçün məkan və s. yaradılacaq.

“Marneuloba 2024” ilə bağlı tenderdə iştirak etmək istəyən namizədlər 11-14 avqust tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağladıqdan 2024-cü il, 21 sentyabr tarixində tədbiri təşkil etməlidir.

Bələdiyyə “Marneulobanı” 2023-cü ildən qeyd etməyə başlayıb və o hər il qeyd olunacaq.

Tədbirin keçiriləcəyi yer hələ məlum deyil.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google