Gürcüstan rusların daşınmaz əmlak almaq üçün ən populyar ikinci ölkəsidir
Rusiya mətbuatı “Tranio” beynəlxalq broker şirkətinə əsaslanaraq yazır ki, Gürcüstan rusların xaricdə daşınmaz əmlak almaq üçün ən populyar ölkələr arasında ikinci yerdədir. Həmin siyahıda birinci yerdə Tailand, üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

Qeyd olunan statistikada Gürcüstan ötən il altıncı yerdə idisə, Türkiyədə daşınmaz əmlaka tələbin azalmasından sonra ikinci yerə yüksəlib.

İlk onluqda Fransa, Türkiyə,
İspaniya, Kipr, İndoneziya və Çexiya da yer alıb.

Ekspertlər Gürcüstana marağı giriş həddinin aşağı olması (35 min dollar), eləcə də bəzi rusların buraya köçməsi ilə izah edirlər.

Maraqlıdır ki, 2023-cü ildə rusların demək olar ki, 30%-i yaşayış icazəsi və ya vətəndaşlıq almaq üçün xaricdə daşınmaz əmlak almağı düşünürdüsə, 2024-cü ildə bu pay 18,9%-ə qədər azalıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google