Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, ABŞ-ın
Gürcüstan silahlı qüvvələrinə yardımı dayandırmaq qərarını başa
düşmür.
Prezident deyir ki, bu məsələni “mütləq aydınlaşdıracaq”.
Zurabişvilinin sözlərinə görə, hökumətin ittihamları fonunda o,
ABŞ-ın reaksiyasını anlayır, lakin orduya və Luqar laboratoriyasına
yardımın məhdudlaşdırılması ilə razılaşmadığını vurğulayır.
“ABŞ-ın reaksiyası, bəyanatları məni təəccübləndirmir.
Başqa cür necə olmalı idi ki, 30 ildən artıqdır ki, siz ölkəyə ayaq
üstə durmaq üçün dövlət quruculuğunda hər cür köməklik edirsiniz...
birdən-birə, anlaşılmaz, izahat vermədən, sizə düşmən deyirlər,
ittiham edirlər. Eşidilməmiş və anlaşılmaz sui-qəsd nəzəriyyələri
ortaya çıxır... ABŞ necə reaksiya verməlidir?! Açığı, onların aydın
və sərt cavabı gözlənilirdi. [...]
Amerika sizin balaca körpəniz deyil ki, istədiyin kimi oynadasan?
Dünyanın ən güclü dövlətlərindən biridir. Siz belə davranırsınız və
onun reaksiya verməyəcəyini düşünürsünüz?
Mən Gürcüstan prezidenti kimi üzr istəyirəm. Ancaq mən iki şeyi
başa düşmürəm - qalan [ABŞ-ın hərəkəti] hər şey qaydasındadır və
biz bunu düzəltmək lazımdır - ordumuz üçün büdcə məhdudiyyəti və
bu, tam təsdiqini tapmayıb, Luqar laboratoriyası üçün maliyyə
məhdudiyyəti. Çox istiqamətlər var ki, orada cəzalandırılma ola
bilər, hökumət cəzalandırılmalıdır. Amma dövlətin və müdafiənin
üzərində dayandığı ordu cəzalandırıla bilməz. Bunu bir az başa
düşmədim və mütləq öyrənəcəyəm. Təlimlərin təxirə salınması başa
düşüləndir, lakin orduya toxunmaq olmaz”, -
Zurabişvili avqustun 5-də keçirilən mətbuat konfransında
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415