“Xiaomi” smartfonlarına gizli video nəzarətdən qorunma
funksiyası əlavə ediləcək.
Bu barədə “XiaomiTime” bloqu məlumat yayıb.
Media müəllifləri bildiriblər ki, yeni “Xiaomi” smartfonlarının
təchiz olunduğu “HyperOS 2.0” əməliyyat sisteimində gizli
kameraların aşkarlanması funksiyası mövcud olacaq. Onun köməyi ilə
istifadəçi qapalı və ya açıq ərazilərdə müşahidə üçün quraşdırılmış
gizli kameraları tapa biləcək.
Deyilənə görə yeni funksiya simsiz yerli şəbəkə (WLAN) siqnallarını
təhlil edərək işləyəcək. Bir qayda olaraq, əksər video kameralar
yerli Wi-Fi şəbəkəsinə qoşulur və məlumatları uzaq serverə
ötürür.
“XiaomiTime” mütəxəssisləri qeyd ediblər ki, yeni funksiya xüsusilə
yaşayış yerini tez-tez dəyişən və məxfilikdən narahat olan
səyahətçilər üçün faydalı olacaq.
Mənbə: lent.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415