“Prezident Salome Zurabişvili Mixail Saakaşvilinin əfvi
məsələsini nəzərdən keçirir”.
Bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O xatırladıb ki, 2023-cü ilin oktyabrında S. Zurabişvilinin
impiçmenti məsələsi müzakirəyə çıxarılanda “Vahid Milli Hərəkat”
Partiyası bu layihənin əleyhinə səs verib:
“Salome Zurabişvili hazırda məhz Mixail Saakaşviliyə
görə öz vəzifəsini qoruyub saxlayır. Təbii ki, kimisə əfv etmək
prezidentin səlahiyyətindədir, lakin mən əminəm ki, dövlət başçısı
öz səlahiyyətindən istifadə edib, M. Saakaşvilini əfv
edəcək”.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili
2021-ci ilin oktyabrında gizli şəkildə sərhədi keçmək ittihamı ilə
saxlanılıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyindən Tbilisinin
özəl klinikalarından birinə yerləşdirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415