Gürcüstanın 241 minə yaxın yetkin vətəndaşının pasportu və şəxsiyyət vəsiqəsi yoxdur
Bu il iyulun 23-nə olan məlumata görə, Gürcüstanın 3 milyon 305 min 212 vətəndaşı elektron şəxsiyyət vəsiqəsinə malik olub ki, onlardan 139 min 878-i yetkinlik yaşına çatmayanlardır. Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin parlamentin deputatı Tina Bokuçavanın sualına cavab olaraq göndərdiyi məlumatda deyilir.

Eyni məlumatlara görə, hesabat dövründə şəxsiyyətini təsdiq edən pasportdan başqa etibarlı sənədləri olmayan
vətəndaşların sayı 447 794 nəfər olub ki, onlardan 161 225 nəfəri yetkinlik yaşına çatmayanlar, qalanları isə yetkin şəxslərdir.

Onu da qeyd edək ki, Gürcüstanın 929 386 vətəndaşının nə pasportu, nə elektron, nə də qeyri-elektron şəxsiyyət vəsiqəsi var. Adları çəkilən vətəndaşların böyük hissəsi - 688 393 nəfəri yetkinlik yaşına çatmayanlar, qalan 240 993 nəfəri isə yetkin şəxslərdir.


Print Email
FaceBook Twitter Google