Dünən "Gürcü Arzusu" seçkilərdən sonra Avqust müharibəsi ilə
bağlı ictimai hüquqi proses aparacağını və burada iddiaçı tərəfin
özünün olacağını açıqlayıb.
İrakli Kobaxidze bu gün deyib ki, istintaq üçün “bütün vasitələrdən
istifadə edilməlidir”.
“Hüquqi forması müxtəlif ola bilər, prokurorluğa
müraciət də ola bilər, parlamentin istintaq komissiyası da ola
bilər, Konstitusiya Məhkəməsinə müraciət də ola bilər, bütün
vasitələrdən istifadə etmək olar. Bütün bunlarla bağlı ictimaiyyətə
məlumat veriləcək, amma əsas odur ki, 2008-ci ildə Saakaşvilinin,
“Milli Hərəkat” rejiminin törətdiyi cinayət tam
araşdırılmalıdır”, - Kobaxidze bildirib.
Dünən “Gürcü Arzusu” avqust müharibəsi ilə bağlı geniş açıqlama
verib və yenə “Milli Hərəkat”ın məsuliyyətindən danışıb. İdarə
heyəti seçkilərdən sonra “mütləq baş verəcəyini” iddia etdikləri
“bu hadisələrə düzgün hüquqi qiymətin verilməsinin çox vacib
olduğunu” iddia edir.
“Biz bu prosesdə iddiaçı tərəf olacağıq və “Milli
Hərəkat” vətənə və xalqa qarşı törədilmiş xəyanət cinayətinə görə
kollektiv şəkildə cavabdehlik daşımalı olacaq”, -
partiyadan bildirilib.
2008-ci il avqustun 7-də avqust müharibəsindən 16 il keçir.
2008-ci ilin avqust müharibəsində 228 mülki gürcü və 14 polis
əməkdaşı həlak olub.
Müdafiə Nazirliyinin son məlumatına görə, 169 hərbçi həlak olmuş
sayılır.
Müharibə zamanı 1747 nəfər yaralanıb. 150 minə yaxın insan evlərini
tərk edib.