Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin
Rusiyanın Kursk vilayətinə hücumu fonunda Rusiyanın da müharibəni
hiss etməli olduğunu bildirib.
Dövlət başçısı axşam videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin
Kursk vilayətinə hücumunu birbaşa şərh etməsə də, Rusiyanın
müharibəni Ukrayna torpağına gətirdiyini və “nə etdiyini hiss
etməli” olduğunu deyib.
O həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr
Sırskinin üç “səmərəli” məruzəsindən
danışıb, ancaq təfərrüatları
açıqlamayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını
bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik.
Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss
etməlidir”, – Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın
sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir
neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya
ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş
əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu
bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415