Cümə günü, avqustun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU)
Rusiyanın Lipetsk şəhərinə “kütləvi hücum” təşkil edib.
Bu barədə vilayət qubernatoru İqor Artamonov məlumat verib.
O, şəhərin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz
qaldığını bildirib. Lipetskdə pilotsuz təyyarə ilə hücum təhlükəsi
elan edilib.
Lipetsk vilayətinə düşən pilotsuz təyyarələrdən biri enerji
infrastrukturu obyektinə ziyan vurub. Hadisə nəticəsində elektrik
enerjisinin verilişində fasilələr yaranıb. İndi mütəxəssislər
onları aradan qaldırır.
Daha sonra Artamonov bildirib ki, mülki binalardan uzaqda yerləşən
bölgədə partlayıcı qurğular işə salınıb.
Hadisə yerinə bütün təcili
yardım xidmətləri gəlib.
Lipetsk sakinlərinə hücum fonunda şəhəri tərk etmək üçün saxta
zənglər gəlməyə başlayıb. Hakimiyyət bunun arxasında Ukraynanın
dayandığını b ildirir.
Lipetskə hücum fonunda sosial şəbəkələrdə və messencerlərdə yerli
sakinləri şəhəri tərk etməyə çağıran mesajlar görünməyə başlayıb.
Artamonov vəziyyəti şərh edərək, onları saxta adlandırıb və əhalini
panikaya düşməməyə çağırıb.
“Bu cür mesajlar düşmən tərəfindən panika, təhlükəli
vəziyyət yaratmaq məqsədi ilə verilir”, - qubernator
bildirib.
O, bir daha vətəndaşlardan təhlükəsiz qalmalarını və qırmızı
təhlükə səviyyəsində davranış qaydalarına əməl etmələrini xahiş
edib. Qubernator Lipetsk bələdiyyə dairəsində fövqəladə vəziyyətin
tətbiqindən də danışıb. Bu tədbir partlayıcı obyektlərin işə
salınmasının nəticələrinin aradan qaldırılması üçün həyata
keçirilib.
Mənbə: publika.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415