Şxilda zirvəsində, bir alpinisti ildırım vurduğu ehtimal olunur.
Üç alpinist xəsarət almadan Mestia bələdiyyəsinə aparılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Daxili İşlər Nazirliyinin Svanetidə Fövqəladə Hallar
Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri sərhəd polisinin
helikopterinin köməyi ilə Şxelda zirvəsində olan üç alpinisti
təhlükəsiz şəkildə Mestiaya çatdırıblar", -
nazirliyin məlumatında deyilir.
Bu alpinistlərin verdiyi məlumata görə, ehtimal ki, daha bir nəfəri
ildırım vurub və bundan sonra onlar xilasedicilərdən kömək
istəyiblər.
Şxeldada bir nəfərin tapılması istiqamətində axtarış-xilasetmə
əməliyyatları davam edir.
Şxelda Svaneti Qafqazda, Yalbuzinin cənub-şərqində, Mestia
bələdiyyəsində yerləşir. Onun beş zirvəsi var: Şərqi – 4322 m,
Mərkəzi – 4310 m, Qərbi 3 – 4280, Qərbi 2 – 4300 m, Qərbi – 4129 m.
Şimal yamacında buzlaq əriyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415