“Gürcü arzusu”nun mətbuat xidməti Bidzina İvanişvili ilə bağlı
hazırlanan istintaq materialını “xalis yalan” adlandırır,
burada hakim partiyanın təsisçisinin son illərdə Rusiyada mülk əldə
etdiyi bildirilir.
“İlk növbədə qeyd edirik ki, bu məqalə yalan
məlumatlara əsaslanır və Bidzina İvanişvilinin artıq təsdiq etdiyi
faktlar “sensasiya” və “qalmaqallı əhvalat” kimi təqdim olunur.
O cümlədən, hakim partiyanın fəxri sədrinin bir neçə ay əvvəl
Rusiya Federasiyasında hansısa əmlak alması tamamilə yalandır. Heç
bir sübut olmadan belə yalanların yayılması heç bir jurnalist
standartlarına uyğun gəlmir, məqalə müəlliflərinin məqsədinin nə
olduğu qətiyyən aydın deyil.
1998-ci ildən sonra “Gürcü arzusu”nun yaradıcısı Rusiyada heç bir
əmlak almayıb. Üstəlik, Bidzina İvanişvili və onun ailə üzvlərindən
heç biri 1998-ci ildən sonra Rusiya Federasiyasına səfər
etməyib”, - “Gürcü arzusunun” mətbuat xidməti qeyd
edir.
“Transparency İnternational – Georgia”nın məlumatına görə, onların
həmmüəllifi olduğu beynəlxalq jurnalist araşdırması nəticəsində
müəyyən edilib ki, Bidzina İvanişvilinin ailəsi Moskvanın iki
prestijli rayonunda iqamətgahlara və torpaq sahələrinə
malikdir.
İstintaqın məlumatına görə, söhbət Sokol və Odintsovoda (İzmalkovo
qəsəbəsi) yerləşən 2 fərdi yaşayış evindən gedir ki, onlardan biri
9 bitişik torpaq sahəsindən ibarət 52 749 kvadratmetr həyətyanı
sahə ilə həmsərhəddir, 3 qaraj və 9 yardımçı tikilidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415