Senator Cin Şahin və konqresmen Mayk Törner Gürcüstana səfər ediblər
Avqustun 9-da senator Cin Şahin və konqresmen Mayk Törner Gürcüstana rəsmi səfər ediblər.

Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Səfirlikdən verilən məlumata görə, ikitərəfli səfər çərçivəsində onlar Gürcüstan hökuməti, vətəndaş cəmiyyəti, özəl sektor və siyasi partiyaların nümayəndələri ilə görüşüblər. 
Onların məlumatına görə, senator və konqresmen ABŞ
hökumətinin məcburi köçkünlərə, sahibkarlara və tələbələrə dəstək verən proqramları ilə tanış olublar.
“Birləşmiş Ştatlar Gürcüstan xalqını və onların Avro-Atlantik istəklərini dəstəkləməkdə tam məşğul və sadiqdir”, - səfirliyin bəyanatında deyilir.
Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google