Demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə TDU ilə Səhiyyə İdarəsi arasında memorandum imzalanıb

Səhiyyə Nazirliyi ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.



Səhiyyə Nazirliyinin məlumatına görə, memorandum Gürcüstanda sosial-demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.

Sənədi səhiyyə naziri Mixeil Sarjveladze və universitetin rektoru Caba Samuşia imzalayıblar.

“Sənəddə tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib. Memorandum Gürcüstanda sosial-demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Sözügedən əməkdaşlıq Gürcüstanın sosial-demoqrafik inkişafının, ailə sabitliyinin strateji məqsəd və
vəzifələrinin müəyyənləşdirilməsi üçün elmi əsaslı, möhkəm zəmin yaradacaqdır.
Universitet ölkədə mövcud sosial-demoqrafik proseslərin təhlili məqsədilə qarşılıqlı razılaşma əsasında elmi potensialı, o cümlədən tələbə və doktorantların birgə elmi tədqiqat və proqramlarda iştirakını təmin edir. O, həmçinin görüşlər, ictimai çıxışlar və mühazirələrə dəstək verəcək”,
- Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.


 

Mənbə: Netgazeti


 

Print Email
FaceBook Twitter Google