Gürcüstan üzərindən Bolqarıstana 35 milyon avro dəyərində heroin çatdırıldığı aşkar edilib
Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Burqas limanında qoşqudan 35 milyon avro (təxminən 38 milyon dollar) dəyərində 436 kiloqram heroin götürüblər. Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, bəyan edilmiş yükdə 434 bağlama narkotik vasitə gizlədilib.

Mövcud məlumata görə, yük maşını əvvəlcə Qırğızıstandan quru yolu ilə Gürcüstanın Batumi limanına daxil olub, daha sonra Qara dəniz vasitəsilə
Burqasa aparılıb. Marşrutun son nöqtəsi Yunanıstan olub.

Bolqarıstan Prokurorluğunun Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İvan Sokolovun sözlərinə görə, bu şübhə yük maşını limanda uzun müddət saxlandıqdan sonra yaranıb.

"Hələ ki, heç kim saxlanılmayıb və bu transsərhəd cinayətdə iştirak edən şəxs tapılmayıb", - rayon prokuroru Qiorqi Çinev bildirib.

Bolqarıstanda narkotik ticarəti 20 ilə qədər həbslə cəzalandırılır.
Mənbə: Mtavari.tv
Print Email
FaceBook Twitter Google