Ukrayna Silahlı Qüvvələrinin komandanı Oleksandr Sirski bildirib
ki, Ukrayna Kursk vilayətində Rusiya ərazisinin 1000 kvadrat
kilometrinə nəzarət edir.
Müqayisə üçün qeyd edək ki, bu, Tbilisinin ərazisindən [726 kv. km]
daha çoxdur.
“Meduza” Sirskinin açıqlamasına istinadən xəbər verib. Nəşrin
məlumatına görə, bu barədə Sirski Zelenski ilə görüşü zamanı
bildirib.
Rusiya tərəfinin məlumatına görə, Kiyev Kurskda 28
yaşayış
məntəqəsinə nəzarət edir.
Artıq bir həftəyə yaxındır ki, Rusiya ərazisində Ukrayna ilə
həmsərhəd Kursk rayonunda döyüşlər gedir. Avqustun 6-da səhər
saatlarında Ukrayna hərbi birləşmələri ora daxil olub.
Moskva əvvəlcə hücumu uğurla dəf etdiyini iddia etsə də, sonradan
bu məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatından
silinib.