Pis ekoloji şərait, düzgün olmayan qidalanma, suyun az miqdarda
qəbulu, bağırsaqların, qaraciyərin, böyrəklərin fəaliyyətində
problemlər qanın tərkibinə çox mənfi təsir edir.
Toksinlər, şlaklar, viruslar və s. ziyanlı agentlər qanda
toplanaraq orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Xroniki
intoksikasiyanın əsas əlamətləri:
- - dərinin və saçların vəziyyətinin pisləşməsi - saçlar
cansız və solğun olur, tökülür, dəridə səpgilər, civzələr, ləkələr
əmələ gəlir
- - səbəbsiz yorğunluq, zəiflik və
yuxululuq
- - baş ağrıları
Xalq təbabəti qanı təmizləmək üçün müxtəlif effektli vasitələri
təqdim edir. Bu vasitələrdən biri itburnu ilə zəncəfilin
dəmləməsidir.
2 x.q. itburnu əzilir, 4-5 sm uzunluqda təzə zəncəfil kökü
sürtgəcdən keçirilir. İtburnu və zəncəfil termosa tökülür, üzərinə
yarım l isti su tökülür. Dəmləməni axşamdan hazırlayın, səhər bir
neçə qat tənzifdən 2 dəfə süzün və gün ərzində hər dəfə yarım
stəkan olmaqla için. Axşam yeni dəmləmə hazırlayın.
Dəmləməni hər gün 1 həftə ərzində için.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmədən istifadə
etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415