Dadlı və sağlam yulaf peçenyelərinə yeganə alternativ kokos
peçenyesidir.
Bu peçenyeler mağazada satılan hazır kokos lopalarından hazırlana
və ya istəsəniz özünüz də edə bilərsiniz.
Milli.Az lent.az-a istinadən çox dadlı olan kokos peçenyelərinin
hazırlanma qaydasını təqdim edir:
Lazım olan ərzaqlar:
- Kokos qırıntıları - 40 qram
- Un - 350 qram
- Yumurta - 1 ədəd;
- Şəkər tozu - 3 yemək qaşığı;
- Kərə yağı - 100 qram
- 1 paket vanil və bir çimdik duz;
- Qabartma tozu - 1 çay qaşığı.
1. Dərin bir qabda yumurtaları şəkər tozu, duz və vanil əlavə
edərək çalın.
2. Unu qabartma tozu ilə qarışdırın və ərinmiş kərə yağı tökün.
Daha sonra yumurtalı qarışığa əlavə edin.
3. Sonra kokos ləpələrini əlavə edərək qarışdırın. Üzərini falqa
ilə örtün və xəmiri 20 dəqiqə soyuducuda saxlayın.
4. Sonda peçenyeləri düzəldirik və yağlı kağız örtülmüş qaba
qoyuruq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə
bişiririk.
Nuş olsun!
Mənbə: Milli.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415