Beynəlxalq texniki-iqtisadi əsaslandırma (TİƏ) Azərbaycanın
təşəbbüskarı olduğu Qara dəniz “yaşıl enerji” kabelinin tikintisi
layihəsinin iqtisadi
və texniki cəhətdən səmərəliliyini təsdiqləyib.
Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
2022-ci ildən həyata keçirilən texniki-iqtisadi əsaslandırma
“Gürcüstan Dövlət Elektrik Sistemi” dövlət şirkətinin sifarişi,
eləcə də Dünya Bankı və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyinin dəstəyi ilə İtaliyanın CESI konsaltinq
şirkəti
tərəfindən hazırlanıb.
“Bu araşdırmaya əsasən, Qara dəniz sualtı kabel
layihəsi perspektivli olmaqla yanaşı, texniki və iqtisadi cəhətdən
də həyata keçirilməsi mümkündür”, - məlumatda
bildirilib.
Qeyd olunub ki, araşdırma çərçivəsində elektrik kabelinin optimal
xarakteristikası müəyyən edilib, tikinti xərcləri hesablanıb və
layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və
dənizdəki hissələrinin ilkin marşrutu müəyyən edilib, layihənin
icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin
geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının
aparılması üçün tələb olunan işlərin təsviri və tenderlə bağlı
texniki tapşırıq da hazırlanıb.
2025-2026-cı illərdə ətraf mühitə və sosial təsirlə bağlı
tədqiqatlar, eləcə də layihənin dəniz dibinə təsirinin
qiymətləndirilməsi həyata keçiriləcək.
2024-cü ilin may ayında “Transelectrica” və layihədə iştirak edən
digər ölkələrin tərəfdaş operatorları olan “AzərEnerji”
(Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM
(Macarıstan) arasında layihə üzrə şirkətin yaradılması haqqında
memorandum imzalanıb. Adı hələlik məlum olmayan yeni birgə
müəssisənin baş ofisi Buxarestdə yerləşəcək.
Kabel Azərbaycanda istehsal edilən “yaşıl elektrik enerjisi”nin
Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq,
Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə
tutulub. Kabel 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı
planlaşdırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415