Abxaziyada müharibənin başlamasından 32 il keçir. 1992-ci il
avqustun 14-də Eduard Şevardnadzenin başçılıq etdiyi
Gürcüstan Dövlət Şurasının qərarı ilə dəmir yollarında asayişi
bərpa etmək üçün Gürcüstan Silahlı Qüvvələrinin bölmələri
Abxaziyaya gətirildi. Gürcü birləşmələri Abxaziyaya daxil olduqda,
Abxaziya Ali Sovetinin sədri Vladislav Ardzinba tərəfindən qanunsuz
yaradılmış “Abxaz qvardiyası” Oçamçire rayonunun Oxurei kəndində
yerləşən yol polisi postunda gürcü bölməsini
atəşə tutub.
Abxaziyada avqustun 14-də başlayan hərbi əməliyyatların əsas
mərhələsi 13 ay 13 gün davam etdi və 1993-cü il sentyabrın 27-də
Suxuminin süqutu ilə başa çatdı.
Suxuminin ələ keçirilməsi əməliyyatında abxaz birləşmələri ilə
yanaşı, Şimali Qafqaz könüllüləri, habelə Rusiya hökuməti və Rusiya
Silahlı Qüvvələrinin müxtəlif bölmələri tərəfindən səfərbər edilmiş
kazaklar da iştirak edib.
Müharibə nəticəsində əsasən gürcülərdən ibarət 300 minə yaxın insan
Abxaziya ərazisini tərk etməli oldu. Döyüş əməliyyatları
nəticəsində gürcü tərəfdə hərbçi və mülki şəxslər şəklində 10 minə
yaxın insan həlak olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415