Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı
İtaliyada keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib.
Teatrdan “Marneuli” radiosuna verilən məlumata görə, dram teatrın
sənətçiləri Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin
motivləri əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.
“Teatrın rəhbəri və əməkdaşları bu il 30 avqustdan 2
sentyabr tarixinə qədər İtaliyada keçirilən festivalda iştirak
ediliblər. Tamaşa uğurla nümayiş etdirildi və tamaşaçılar, teatr
ekspertləri tərəfindən böyük maraqla və alqışlarla qarşılandı.
Tamaşa teatr ekspertləri tərəfindən yüksək
qiymətləndirilib”, – verilən məlumatda deyilir.
Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində
rolları Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova, Fuad
İsfahanlı və Turqay Vəlizadə ifa ediblər.
Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri
əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru teatrın bədii
rəhbər və rejissoru Turqay Vəlizadədir.
Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrının qastrol səfəri Gürcüstan Mədəniyyət və İdman
Nazirliyinin maddi dəstəyi ilə reallaşıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415