Hər ayın əvvəlində bankların qarşısında sıxlıq olur. Kimisi
pensiya, kimisi sosial yardımını almağa çalışır.
Bu müddət ərzində bankların qarşısında yaşlı qadın və kişiləri
görmək olur. Onlar pensiya almaq üçün uzun məsafə qət edərək
kəndlərdən rayon mərkəzinə üz tuturlar. Bəzən yaşlı şəxslər
bankların qarşısında pensiyasını almaq üçün saatlarla öz
növbələrini gözləyirlər.
Marneuli küçələrində əhali arasında sorğu keçirdik.
Onlardan
aldıqları pensiyaları nəyə xərclədiklərini və kifayət
edib-etmədiyini soruşduq. İştirak edənlərin əksəriyyəti aldıqları
pensiyanın miqdarının az olduğunu və onların gündəlik ehtiyaclarını
qarşılamaları üçün kifayət etmədiyini bildirdilər.
“Nəyə xərcləyəcəyik? Həkimə, iynəyə, dərmana. Şəkər
var, şəkərə. Təzyiqə, ayaq üstə dura bilmirəm, yıxılıram. Deyirəm,
gedim görüm hələ verəcəklərmi, bir az çəkmişik, az alırıq. Həkimə
getdim, görmür pulum. İynəyə, dərmana, sistemə
verirəm”, – sorğu iştirakçısı dedi.
İştirakçıların sözlərinə görə, hər şey bahalaşdığından aldıqları
pensiya onlara kifayət etmir.
“Pensiyayı alıram, onu da həkimlərə verirəm. Ayrı bir
peşəm yoxdur. Heç boğazımı görmür. Yetmir, birbaşa yetmir. Dərman
elə adicə, 1 dənə tabletka 10-20 manatdır. 1 dənə tabletkaya 10
manat verirəm. Dərmandan başqa heç nəyə xərcləmirəm. İşıqdır,
ayda-ildə bir dəfə işığa verə bilirəm”.
Xatırladaq ki, Gürcüstanda pensiyalar bu ilin yanvar ayının
birindən artırılıb. 70 və daha yuxarı yaşda olan şəxslərin
pensiyası 50 lari artırılaraq 415 lari müəyyən edilib. Yüksək
dağlıq yaşayış məntəqələrində yaşayan şəxslərin pensiyasının
məbləği 500 lari müəyyən edilib. Bundan əlavə, yaşı 70-dən az olan
şəxslərin pensiyası 20 lari artaraq 315 lari, yüksək dağlıq
qəsəbələrdə yaşayanlar üçün isə 378 lari təşkil edib.
Bununla yanaşı, pensiya alanların çoxu – 254 000 nəfəri Tbilisidə,
132 000 nəfəri İmeretidə, 88 000 nəfəri Sameqrelo-Zemo Svanetidə və
83 000 nəfəri Kvemo Kartlidə qeydiyyatdadır. 2012-ci ildən 2023-cü
ilə qədər olan statistikaya nəzər salsaq, pensiyaçıların sayında
hər il artım müşahidə olunduğunu görə bilərik.
İstifadə olunan əsas şəkil "Marneuli" radiosunun arxivindən
götürülüb.
@marneulifm 🗣Marneulili pensiyaçılar aldıqları təqaüdü nəyə xərcləyirlər? – SORĞU 📍Hər ayın əvvəlində bankların qarşısında sıxlıq olur. Kimisi pensiya, kimisi sosial yardımını almağa çalışır. 👉İştirakçıların sözlərinə görə, hər şey bahalaşdığından aldıqları pensiya onlara kifayət etmir. 💵Gürcüstanda pensiyalar bu ilin yanvar ayının birindən artırılıb. ➡Bununla yanaşı, pensiya alanların çoxu – 254 000 nəfəri Tbilisidə, 132 000 nəfəri İmeretidə, 88 000 nəfəri Sameqrelo-Zemo Svanetidə və 83 000 nəfəri Kvemo Kartlidə qeydiyyatdadır. #Marneuli #Gürcüstan #KvemoKartli #Sorğu #Pensiya #Xərclər #Pul #Əhali #Hökumət ♬ orijinal ses "Marneuli" radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415