Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
Gürcüstan parlamentinin 10-cu çağırış deputatları iki qanunun yekun oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına toplaşacaqlar.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Plenar iclasda iki qanuna - “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ var və ona görə də plenar iclas
üçün bizə bir gün – sentyabrın 17-si lazım gələcək və bununla da işi yekunlaşdıracağıq”,
- o deyib.

Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 4-də ikinci oxunuşda ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini qəbul edib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123